<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>529</hymn_number>
<title>Sənsən həyatın qaynağı İL529</title>
<lyrics>[V1]
 Sənsən həyatın qaynağı,
 Dirilik suyunun bulağı.
 Sənə gələn əsla susamaz,
 Heç yerdə artıq su aramaz.

[C1]
   Ya Rəbb, Səndən hara gedərik?
   Əbədi həyat sözləri Səndədir.
   Biz iman etdik və bilirik -
   Allahın Oğlu İsa Məsihdir.
   Biz iman etdik və bilirik -
   Yaşayan Allahın Oğlu Məsihdir!

[V2]
 Sənə gələnə həyat dolar,
 Günahları əfv olunar,
 Daxilində diri sular axar,
 Bil ki, o yenidən doğular.

[V3]
 Sənsən Göylərdən Yerə enən,
 Həyat bəxş edən, çörək verən.
 Bu çörəkdən yeyən acmaz,
 Ölüm nə olduğunu dadmaz.</lyrics>
</song>